Aİ rəsmiləri İrəvanda TOPLANDI
Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter, İttifaqın Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar, Aİ-nin Ermənistandakı diplomatik nümayəndəsi Andrea Viktorin və EEAS-ın təmsilçisi İrəvanda görüş keçiriblər.
Zengezur.tv xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasının X platformasındakı rəsmi səhifəsində paylaşım edilib.
“Onlar regional hadisələr və Aİ-nin bölgədəki sülh prosesini dəstəkləmə səyləri haqqında fikir və informasiya mübadiləsi aparıblar”, – deyə qeyd olunub.