Cəzaçəkmə müəssisəsi üçün müəllim AXTARILIR
Xəbər verdiyimiz kimi, avqustun 21-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.
Zengezur.tv-nin məlumatına görə, müddətli müqavilə ilə vakansiya seçimində daha bir diqqətçəkən məqam var. Belə ki, 7 nömrəli cəzaçəkmə müəssisəsində yerləşən 103 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi axtarılır. Məktəbdə 24 saat dərs yükü üçün 2 müəllimin müqavilə ilə müddətli işə götürülməsinə ehtiyac duyulub.