KİV – Ukrayna jurnalistlərin cəbhə bölgəsinə girişini məhdudlaşdırıb
Ukraynada jurnalistlərin cəbhəboyu zonaya çıxışı məhdudlaşdırılıb.
Zengezur.tv xəbər verir ki, bu barədə “Strana” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.
Məlumata görə, məhdudiyyətlər cəbhədə işləmək istəyən jurnalistlərin hamısına nəzarətin mümkünsüzlüyü ilə bağlıdır.
“Jurnalistlərin işinin məhdudlaşdırılmasının birinci mərhələsi cəbhənin qırmızı, sarı və yaşıl zonalara bölünməsi idi. Ancaq bu sxem də çox təsirli olmadığı üçün girişi məhdudlaşdırmaq qərarına gəldilər. Məhdudiyyətlər qeyri-rəsmidir”, – deyə bildirilib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.