Ukrayna “F-16” almaq üçün bir sıra şərtləri yerinə yetirməlidir – Pentaqon
ABŞ Konqreslə məsləhətləşmələrdən və ukraynalı pilotlar üçün təlimlər başa çatdıqdan sonra Ukraynaya döyüş təyyarələrinin göndərilməsinə razılıq verəcək. Bununla belə, Kiyev də bir sıra şərtləri yerinə yetirməli olacaq.
Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib.
Məlumata görə, pilotlar, xüsusilə, ingilis dilini bilməli, Ukrayna hakimiyyəti isə yerdə lazımi logistikanı təmin etməlidir.
“Bu meyarlar yerinə yetirildikdən sonra biz transferi təsdiqləyə biləcəyik”, – S.Sinq bildirib.