• 15 Noyabr 2024

Azərbaycan çempionu Türkiyə klubuna doqquz qolla qalib gəldi

 Azərbaycan çempionu Türkiyə klubuna doqquz qolla qalib gəldi

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda darmadağınla qalib gəlib.

Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda Latviyada keçirdiyi ilk görüşdə Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə üstələyib.

Amadeunun het-trik etdiyi matçda İsa Atayev dubla imza atıb, Katatau, Xətai Bağırov, Lazar Miloslavlyeviç və Erik Dannillo hərəyə bir dəfə fərqləniblər.

UEFA Çempionlar Liqası

İlkin seçmə mərhələ

A qrupu, I tur

23 avqust

15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) – 9:1

Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 – Sadettin Çamcı, 39:10

Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).

Salaspils. Salaspils İdman Arenası.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a (Almaniya) qarşı keçirəcək.