Tarixdə ilk dəfə – Hindistanın kosmik aparatı Ayın cənubuna endi
Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın az tədqiq edilmiş cənub qütbünün yaxınlığında yerə enib.
Zengezur.tv xəbər verir ki, insansız kosmik gəmi missiyanı yerinə yetirib.
Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.
Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.
Qeyd edək ki, bir neçə gün önəcə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz olub.