İki neftçimiz faciəvi şəkildə həlak oldu
İki neftçi beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olub.
Bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
“24 avqust 2023-cü il tarixində “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb”, – rəsmi məlumatda qeyd olunub.