• 15 Noyabr 2024

Finlandiya Ukraynaya 94 milyon avroluq yardım paketi ayırıb

 Finlandiya Ukraynaya 94 milyon avroluq yardım paketi ayırıb

Finlandiya hökuməti Ukraynaya təxminən 94 milyon avro məbləğində yeni hərbi yardım paketi göndərmək qərarına gəlib.

Bu barədə hökumətin press-relizində deyilir.

Kiyev bu günə qədər Helsinkidən ümumilikdə 18 yardım paketi alıb ki, onların da ümumi dəyəri təxminən 1,3 milyard avro təşkil edir.

Yeni paketin və çatdırılma planının konkret məzmunu açıqlanmayıb. Bu, yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün edilib.

“Əlavə yardımda həm Ukraynanın ehtiyacları, həm də silahlı qüvvələrin resursları ilə bağlı vəziyyət nəzərə alınıb”, – press-relizdə qeyd olunur.