• 16 Noyabr 2024

Hakan Fidan Ukraynanın baş naziri ilə “Taxıl sazişi”ni müzakirə edib

 Hakan Fidan Ukraynanın baş naziri ilə “Taxıl sazişi”ni müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın baş naziri Denis Şmıqal ilə görüşüb.

Zengezur.tv xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ukraynada davam edən müharibəni və “Taxıl sazişi”ni müzakirə ediblər.

Xatırladaq ki, H.Fidan Kiyevdə səfərdədir.