• 15 Noyabr 2024

İran səfirindən Ermənistana dəstək AÇIQLAMASI

 İran səfirindən Ermənistana dəstək AÇIQLAMASI

“İran Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”

Zengezur.tv “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani İrəvanda keçirilən iqtisadi sərgidə Tehranın mövqeyini xatırladarkən deyib.

O, həmçinin qeyd edib ki, İran Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacaq:

“İndi iki ölkə arasında illik əmtəə dövriyyəsi 700 milyon dollardır, lakin onun 3 milyard dollara çatdırılması vəzifəsi var”.