• 17 Noyabr 2024

Azad edilmiş rayonlarda 1238 sahibkarlıq subyekti yaradılıb

 Azad edilmiş rayonlarda 1238 sahibkarlıq subyekti yaradılıb

2023-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 69 yeni müəssisə və təşkilat, 1238 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Zengezur.tv-nin Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin birinci yarısında işğaldan azad edimiş rayonlarda 623 yeni iş yeri yaradılıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 68%, fərdi sahibkarlıq subyektlərinin sayı 11%, yeni iş yerlərinin sayı isə 2.4 dəfə artıb.

Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (18) və fərdi sahibkarlıq subyekti (472) Ağdamda, ən çox iş yeri isə Laçında (328) və Şuşada(177) yaradılıb.

Aşağıdakı cədvəldə, 2023-cü ilin birinci yarısı üzrə azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin və iş yerlərinin siyahısı verilib.

Azad edilmiş rayonlar Yeni yaradılmış təşkilatlar, iş yerləri və fərdi sahibkarların sayı
Təşkilatların sayi İş yerlərinin sayı Fərdi sahibkarın sayı
Ağdam 18 18 472
Füzuli 7 13 333
Xocavənd 3 32 24
Şuşa 5 177 20
Cəbrayıl 8 28 73
Kəlbəcər 7 19 42
Qubadlı 4 2 97
Laçın 11 328 117
Zəngilan 6 1 48
Xocalı 0 5 12