Rusiya hərbçi çatışmazlığından “Qərb-2023” təlimini ləğv edib – Britaniya kəşfiyyatı
Rusiya hərbçi və texnika çatışmazlığı səbəbindən “Qərb-2023” irimiqyaslı hərbi təlimləri ləğv edib.
Zengezur.tv xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında hesabatında qeyd olunub.
Kəşfiyyatın sözlərinə görə, Rusiyanın bütün hərbi resursları Ukraynaya qarşı müharibəyə cəlb olunub.
Xatırladaq ki, Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi admiral Entoni Radakin bu ilin iyulunda bildirmişdi ki, Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə zamanı ordusunun döyüş potensialının təxminən yarısını itirib.