• 15 Noyabr 2024

XİN: Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir

 XİN: Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir

Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir.

Zengezur.tv xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə cavabında deyib.

 

Bildirilib ki, bu səylərə qarşı maneçilik törədilməsi, guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır.