Almaniya Ukraynaya “Leopard 1A5” tankları göndərib
Almaniya avqustun 30-da Ukraynaya yeni hərbi yardım paketinin ötürülməsi barədə məlumat yayıb. Buraya 10 “Leopard 1A5” tankı daxildir.
Zengezur.tv xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Yeni paketə, həmçinin bir TRML-4D radarı, 16 “Vektor” pilotsuz kəşfiyyat sistemi, dörd HX81 tank daşıyıcısı və 13 milyondan çox atıcı silah sursatı daxildir.
Hökumətin bildirdiyinə görə, silah təchizatı təhlükəsizlik potensialının artırılması üçün Almaniya fondları tərəfindən maliyyələşdirilən sənaye ehtiyatlarından əldə edilib.