Araik Arutunyan istefa verib
Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyan istefa verib.
Zengezur.tv xəbər verir ki, bu barədə Araik Arutunyan “Facebook” hesabında yazıb.
Araik Arutunyan bildirib ki, istefasını sabah rəsmiləşdirəcək.
Arutunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırdığını, onun yerinə “Təhlükəsizlik Şurasının katibi” Sergey Şahramanyanı geniş səlahiyyətlərlə “dövlət naziri” təyin etdiyini açıqlayıb.