• 17 Noyabr 2024

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb

 Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb

Sentyabrın 8-də saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda qeyd edilib.