• 16 Noyabr 2024

Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir – İlham Əliyev

 Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir – İlham Əliyev

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir.

Zengezur.tv xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı söyləyib.

Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.