Kremldən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır. Moskva Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.
Zengezur.tv xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, gərginlik səngimir, hətta bəzi yerlərdə artmağa meyllidir.
“Əlbəttə ki, biz gərginliyin səngiməməsindən və hətta bəzi məntəqələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq…”, – Kremlin sözçüsü Moskvanın Qarabağ ətrafında gərginliyin artması ilə bağlı sualı cavablandırarkən deyib.