Sarkisyana qarşı qaldırılan cinayət işinə xitam verildi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan barəsində açılmış cinayət işinə xitam verilib.
Zengezur.tv xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq Sarkisyan barəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə iş açmışdı. Keçmiş prezidentin 2008-2018-ci illərdə Almaniyanın Baden-Baden şəhərinə səfəri, bu səfərin məqsədi və dövlət vəsaitinin mümkün mənimsənilməsi araşdırılırdı.
Serj Sarkisyanın 10 illik hakimiyyətdə olduğu müddətdə hər il hökumət təyyarəsi ilə Almaniyanın Baden-Baden şəhərinəhansı məqsədlə uçduğu yoxlanılıb.
Məlum olub ki, Sarkisyanın sözügedən əməllərində cinayət əlaməti yoxdur.