• 17 Noyabr 2024

Nazir – Azad olunmuş rayonlarda 8 peşə məktəbi açılacaq

 Nazir – Azad olunmuş rayonlarda 8 peşə məktəbi açılacaq

“İşğaldan azad olunan ərazilərdə hazırda məktəblərin tikintisi, təhsil infrastrukturunun yaradılması istiqamətində işlər davam edir”.

Zengezur.tv xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, azad olunmuş rayonlarda 8 peşə təhsil müəssisəsi tikiləcək və bunların hər biri böyük həcmli komplekslər olacaq.

“Onlardan birincisinin təməli Prezident İlham Əliyev tərəfindən Füzuli rayonu ərazisində qoyulub və layihələndirmə işi artıq yekunlaşıb, noyabr ayında işlərə başlanması planlaşdırılır. Növbəti mərhələdə isə Şuşa şəhərində belə bir layihənin gerçəkləşməsi nəzərdə tutulub. Ümumiyyətlə, işğaldan azad olunan bütün rayonlarda peşə təhsili infrastrukturu yaradılacaq”, – nazir əlavə edib.