Vətəndaşlarımız sosial şəbəkədəki informasiyalara diqqətli yanaşsınlar – Elşad Hacıyev
Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, sosial şəbəkələrdəki informasiyalara diqqətli yanaşsınlar.
Zengezur.tv xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis əvəzi, polkovnik leytenant Elşad Hacıyev keçirilən brifinqdə deyib.
“Çünki oradakı bəzi xəbərlər qarşı tərəfin öz cəmiyyətlərində nikbinlik yaratmaq məqsədli manipulyativ xəbərlərdir. Bu, Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək niyyətindən irəli gələn iddialardır və həqiqət deyil”, – o əlavə edib.