Azərbaycan Türkiyədən antidron sistemləri ALDI
Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün yeni antidron sistemləri alıb.
Zengezur.tv xəbər verir ki, bu barədə “Anadolu” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycana tədarük edilən ILTER adlı sistemlər “Boğaziçi Savunma” şirkəti tərəfindən istehsal edilib. Sistemin effektivliyi həm ölkə daxilində, həm də ölkə xaricində sübut edilib.
Bildirilir ki, antidron sistemi fırlanan və ya sabit qanadlı mini/mikro PUA-lara qarşı tam avtomatik rejimdə işləyir. Sistem aşkar edilə təhdidi aşkarlayır və sıradan çıxarır.
Mobil və stasionar vəziyyətdən işləyən ILTER 360 dərəcə hədəfləri aşkarlaya və 8 kilometr məsafədə zərərsizləşdirə bilir.
24 saat aktiv vəziyyətdə işləyə bilən sistemlərin artıq Azərbaycana çatdırıldığı bildirilir.