• 15 Noyabr 2024

Bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq

 Bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün Abşeron, Xəzər və Qazax rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan Abşeron rayonu, Hökməli qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və siyirtmələrin əvəzlənməsi, “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərində görüləcək təmir işləri və saat 10:00-dan “Əskipara-Qazax qolu” magistral qaz kəməri üzərində qaz tənzimləyici qurğunun quraşdırılması, siyirtmələrin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Abşeron rayonunun Hökməli qəsəbəsinin (tam olaraq), Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin (bir hissəsinin) və Qazax rayonunun (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.