“Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik” – XİN
“Ümid edirik ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər regiona sülh və tərəqqi gətirəcək”.
Zengezur.tv xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, 44 günlük müharibədən sonra, son 3 il ərzində Ermənistan hərbi-siyasi təxribatlara, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair bəzi çaşdırıcı, qeyri-ardıcıl bəyanatlara meyilli olub: “Ümid edirik ki, bundan sonra Azərbaycan və Ermənistanın daha yaxşı gələcəyi üçün zəmin yaranacaq və iki ölkə arasında sülh prosesində irəliləyiş təmin olunacaq. Son iki gündə Ermənistan tərəfdən hərbi eskalasiyanın olmaması müsbət əlamətdir. Biz ümid edirik ki, Ermənistan da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlar səsləndirməkdən, addım atmaqdan çəkinəcək, Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanıyacaq”.