• 17 Noyabr 2024

İrəvanda etiraz aksiyası gərginləşir: Paşinyan polisin mühafizəsi ilə hökumət binasını tərk etdi

 İrəvanda etiraz aksiyası gərginləşir: Paşinyan polisin mühafizəsi ilə hökumət binasını tərk etdi

İrəvanda hökumətin iclasının keçirildiyi Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası başlayıb.

Aksiyaya yığışanların sayı getdikcə artır, tələbələr və hətta məktəblərin şagirdləri belə qatılırlar.

Etirazçılar Qarabağda baş verən hadisələrə görə Paşinyanın istefasını tələb edirlər. Binanın girişində bir neçə cərgə xüsusi təyinatlılar düzülüblər. İnsanlar aksiyanın keçirildiyi əraziyə axışmaqda davam edirlər.

Respublika meydanı yaxınlığında vəziyyət gərginləşir. Etirazçılar polis kordonunu yarmağa çalışırlar.

Ermənistan baş naziri Nikol Paşinyan polis kordonunun mühafizəsi altında hökumət binasını tərk edib. Etirazçılar onun ardınca “Nikol satqındır!” şüarlarını qışqırıblar.