• 16 Noyabr 2024

Rus qoşunları Xersonu atəşə tutdu

 Rus qoşunları Xersonu atəşə tutdu

Ukraynanın Xerson vilayətinin səhər atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Zengezur.tv Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyası məlumat yayıb.

Bu gün səhər Rusiya hərbçiləri Xersonu Dneprin sol sahilindən atəşə tutublar. Yaşayış binaları da atəşə məruz qalıb. Yanğınlar baş verib.

Hücum nəticəsində 2 nəfər yaralanıb. Daha sonra 25 yaşlı gənc aldığı xəsarətlərdən həyatını itirib, digəri isə müalicəsini davam etdirir.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.