• 18 Noyabr 2024

Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə məcburi qiymətləndiriləcək

 Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə məcburi qiymətləndiriləcək

Məcburi qiymətləndirmə halları müəyyənləşib.

Zengezur.tv xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsində qeyd olunub.

Qanun layihəsinə görə, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda əmlakın məcburi qiymətləndirilməsi həyata keçirilir.

Eyni zamanda məcburi qiymətləndirmə 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla bilər.