• 17 Noyabr 2024

Ukrayna hücumu nəticəsində Rusiya Qara Dəniz Donanmasının komandiri öldürülüb

 Ukrayna hücumu nəticəsində Rusiya Qara Dəniz Donanmasının komandiri öldürülüb

Ukrayna ordusunun Sevastopolda yerləşən Qara Dəniz Donanmasının qərargahına hücumu nəticəsində 34 zabit öldürülüb.

Bu barədə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, öldürülən zabitlər arasında Rusiya Qara Dəniz Donanmasının komandiri, admiral Viktor Sokolov da olub.

Həmçinin əlavə olunub ki, endirilmiş zərbə nəticəsində əlavə 105 nəfər yaralanıb və qərargahın binasını bərpa etmək mümkün deyil.