• 15 Noyabr 2024

Prezidentlərin Naxçıvan görüşü Azərbaycan Türkiyə strateji tərəfdaşlığına   yeni  töhvə vermiş oldu

 Prezidentlərin Naxçıvan görüşü Azərbaycan Türkiyə strateji tərəfdaşlığına   yeni  töhvə vermiş oldu

Cari ilin 25 sentyabr tarixində    Prezident   cənab  İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Respublikasının Prezidenti cənab  Rəcəb Tayib Ərdoğan Azərbaycana- Naxçıvan şəhərinə  rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində  prezidentlər  geniş tərkibdə görüş keçirmiş,  ölkələrimizin maraqları istiqamətində  bir sıra sənədlər imzalanmışdır.

Hər zaman Azərbaycanın yanında olan,  öz sözü və əməli ilə bütün Azərbaycan xalıqının dərin hörmət və rəğbətini  qazanmış   Prezident  Rəcəb Tayib Ərdoğanın fəaliyyəti,  Prezident İlham Əliyev tərəfindən həmişə  yüksək  qiymətləndirilmişdir. Bu qardaşlıq  münasibətləri “Bir millət iki dövlət” olmağımızın növbəti təzahürüdür.

Birləşmiş  Millətlər Təşkilatının  Baş Assambleyasında,  dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən  Azərbaycan dövlətinin maraqlarını ifadə edən  bəyanatların verilməsi Türkiyyənin növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ savaşı zamanı Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında  Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır “ kimi bəyanatın verilməsi  bir çoxlarına ciddi mesaj oldu. Şuşa şəhərində imzalanmış müttəfiqlik  bəyənnaməsi  bizim münasibətlərimizi  yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr  ən yüksək səviyyədədir və bütün parametrlər üzrə  münasibətlərimizin çox fəal dövrünü yaşayırıq.

Strateji əhəmiyyət kəsb edən layihələr çərçivəsində  Tanap layihəsi, İğdır-Naxçıvan  qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair  Niyyət Protokolu  tarixi hadisələrdir. Bu layihələr  Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. BakıTbilisi-Qars  yolunun potensialı  1 milyon tondan 5 milyon tona  qədər artırılacaq . Azərbaycanı Naxçıvana və Türkiyəyə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan  ərazisində  tikinti işləri  gələn ilin sonunda başa çatmalıdır. Bütün istiqamələr üzrə, o cümlədən  ticarət dövriyyəmizin artırılması istiqamətində  önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz  2022- ci il üçün 6 milyard dollardan çox olmuşdur. Ancaq bu ilin yeddi ayında  40 faiz daha da artmışdır və daha da artacaq. Preferensial  ticarət  anlaşması da  imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır.

Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz tellər üzərində qurulduğunu bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə yüksək kürsülərdə belə Azərbaycanın haqq  mövqeyini  müdafiə etmiş və demişdir:”Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı- bərabəri olmayan  müstəsna səviyyədədir. Bir millət, iki dövlət  şüarı çərçivəsində  əlaqələrimizi  və əməkdaşlığımızı  bütün sahələrdə gücləndirmək  üçün fəaliyyətimizi davam etdiririk. Azərbaycanlı qardaşlarımız  Türk millətinin  ədalət və mərhəmətini  bir daha  bütün dünyaya göstərmişlər. Son zəfərlə  birlikdə  bölgədə əhatəli normallaşma  üçün yeni fürsət pəncərələri açılmışdır. Ermənistandan  ona uzadılan sülh əlini tutmasını  və artıq səmimi addımlar atmasını gözləyirik”.

Azərbaycan və Türkiyə  qardaşlığı bütün dünyaya  bir örnəkdir.  Bu təməl qardaşlıq bağları  hələ  ulu öndər Heydər Əliyev  zamanında qoyulmuşdur. Ulu öndərin “Biz bir millət, iki dövlət” şüarı  bu gün Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlıq   səviyyəsində hər zaman bir yerdədir və harada olmağımızdan asılı olmayaraq istər reginda, istərsədə digər beynəlxalq tədbirlərdə Türkiyə iştirak etməsə belə onun hüquqları Prezident İlham Əliyev və hökümət üzvüləri tərəfindən canfəşanlıqla  müdafiə olunur.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

                         Mürvət İbrahimov,

                 Bakı şəhəri  Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi