• 16 Noyabr 2024

Çin şirkətləri Azərbaycanın regional hava limanlarına operatorluq edə bilər

 Çin şirkətləri Azərbaycanın regional hava limanlarına operatorluq edə bilər

Azərbaycan və Çin arasında pilotların hazırlanması, bunun üçün təlimlərin təşkil edilməsi müzakirə edilib.

Zengezur.tv xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Çinə səfər zamanı bu ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşüb, ölkələr arasında əməkdaşlığın inkişafı haqqında danışıb.

“Çinlə birbaşa uçuşların və təyinat məntəqələrinin artırılması, Çin şirkətlərinin Azərbaycanın regional hava limanlarının operatorluq etməsinə dair fikir mübadiləsi apardıq”, – deyə nazir bəyan edib.