Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov vəzifəsindən azad edilib.
Zengezur.tv xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov qərar imzalayıb.
Onun yerinə təyinat olmayıb.