Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün portal yaradılıb
Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün portal yaradılıb.
Zengezur.tv xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
Telefon nömrəsi: +994 12 526 09 19
WhatsApp nömrəsi: +994 70 527 09 19
Elektron poçt ünvanı: info@reintegration.gov.az
Bundan başqa, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcək.