• 15 Noyabr 2024

Britaniyanın müdafiə naziri: Ukraynanı dəstəkləməyə davam edəcəyik

 Britaniyanın müdafiə naziri: Ukraynanı dəstəkləməyə davam edəcəyik

Böyük Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək.
Zengezur.tvSky News“a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

O, ABŞ və Polşanın daxili təzyiqlərə baxmayaraq, Ukraynaya güclü dəstəyini davam etdirəcəklərinə inandığını bildirib.
Britaniyalı nazir deyib ki, Ukraynanın dəstəklənməsinə dair hər hansı bir gərginliyin seçki zamanı ortaya çıxacağını başa düşmək olar, lakin Polşanın müharibə başlayandan bəri Ukraynaya verdiyi dəstək çox əhəmiyyətli olub.

ABŞ-la bağlı müdafiə naziri deyib ki, bu ölkə Ukraynaya dəstəyi geri çəkməkdən uzaqdır.
“Britaniya, başqa yerdə nə baş verməsindən asılı olmayaraq, lider rolunu oynayacaq”, – nazir deyib.