• 14 Noyabr 2024

Qərbi azərbaycanlıların geri dönüşü məsələsi Cenevrədə BMT məruzəçiləri ilə müzakirə olunacaq

 Qərbi azərbaycanlıların geri dönüşü məsələsi Cenevrədə BMT məruzəçiləri ilə müzakirə olunacaq

Milli Məclisin deputatı Kamal Cəfərov BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin Ermənistan üzrə dövri hesabatının təqdimat iclasında iştirak etmək üçün oktyabrın 3-də İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.

Zengezur.tv xəbər verir ki, tədbirdə Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini kimi mövqe sənədini təqdim edəcək.

Səfər çərçivəsində Milli Məclisin deputatının Qərbi azərbaycanlıların geri dönüş hüququnun tanınması məsələsi ilə bağlı BMT-nin insan hüquqları üzrə məruzəçiləri ilə görüşü də nəzərdə tutulur.

Səfər oktyabrın 8-də başa çatacaq.