• 17 Noyabr 2024

Kreml: Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir

 Kreml: Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir

Ermənistanın KTMT və Moskva ilə ikitərəfli mexanizmlərindən başqa yaxşı heç nəyi yoxdur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir:

“Rəsmi Moskva İrəvanın ikitərəfli mexanizmlər və KTMT-ni tənqid etməsi ilə razılaşmır. Ermənistanın bu vasitələrdən yaxşı heç nəyi yoxdur”.

Peskov Rusiyanın Qarabağ ermənilərinə ürəyinin yandığını və humanitar yardım göstərməyə davam etdiyini söyləyib.