• 16 Noyabr 2024

Pakistan bütün əfqan qaçqınları deportasiya edəcək

 Pakistan bütün əfqan qaçqınları deportasiya edəcək

Pakistan ölkəyə qeyri-qanuni yolla mühacirət etmiş bütün Əfqanıstan vətəndaşlarını ölkədən deportasiya edəcək.

Qeyd olunur ki, ümumilikdə ölkədə 1,1 milyondan çox əfqan qaçqın var ki, onlardan 400 mini “Taliban” hakimiyyəti gələndən sonra Pakistana keçib.

Rəsmi İslamabad miqrasiya nəzarətinin gücləndirilməsini əfqanıstanlı qeyri-qanuni mühacirlərin terrorçulara pul və qaçaqmalçılıqla kömək etmələri ilə əlaqələndirir.