• 15 Noyabr 2024

“Yol qəzalarından sonra hadisə yerinin müayinəsində sürücülər də iştirak etməlidir” – Ali Məhkəmə

 “Yol qəzalarından sonra hadisə yerinin müayinəsində sürücülər də iştirak etməlidir” – Ali Məhkəmə

“Sürücülərə tövsiyə edirəm ki, yol-nəqliyyat hadisələri baş verdikdən sonra hadisə yerini tərk etməsinlər”.

Zengezur.tv xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Vidadi Cəfərov deyib.

O, hadisə yerinin ekspertlər tərəfindən müayinəsi zamanı sürücülərin də prosesdə iştirak etməsini tövsiyə edib:

“Sürücülər ilk növbədə hadisə ilə bağlı Dövlət Yol Polisi İdarəsinə məlumat verməlidirlər. Çox yaxşı olardı ki, belə hallarda vəkillərin də peşəkar hüquqi yardımından istifadə etsinlər. Bu sahədə ixtisaslaşmış vəkillər var ki, onlardan kömək almaq faydalı olar. Çünki hadisə yerinin ilkin müayinəsi zamanı əldə olunan sübutlar çox mühüm rol oynayır”.