• 16 Noyabr 2024

İsrail ordusu sakinləri Qəzzanı tərk etməyə çağırdı

 İsrail ordusu sakinləri Qəzzanı tərk etməyə çağırdı

İsrail Müdafiə Qüvvələri Qəzzadakı mülki vətəndaşları təhlükəsizlikləri üçün cənub bölgələrini tərk etməyə çağırıb.

 

Zengezur.tv xəbər verir ki, bu barədə İsrail ordusu bəyanat yayıb.

 

Mülki şəxslərdən İsraillə sərhədə yaxınlaşmamaq istənilib. BMT-nin məlumatına görə, əhalinin təxliyyəsi üçün 24 saat vaxt verilib.

 

“İsrail ordusu Qəzza şəhərinin bütün sakinlərini evlərini tərk etməyə, qorunmaq üçün cənuba doğru hərəkət etməyə və xəritədə göstərildiyi kimi Qəzza çayının cənubundakı ərazidə məskunlaşmağa çağırır. Həmas terror təşkilatı İsrail dövlətinə qarşı müharibəyə başlayıb. Qəzza şəhəri döyüşlərin getdiyi bölgədir. Evakuasiya şəxsi təhlükəsizliyiniz üçün lazımdır. Qəzzaya yalnız bildiriş verildikdən sonra qayıtmaq mümkün olacaq”, – deyə bəyabatda deyilir.