• 16 Noyabr 2024

Lukaşenko: “Ermənistan özünü tərəfdaş kimi aparmır”

 Lukaşenko: “Ermənistan özünü tərəfdaş kimi aparmır”

“Ermənistan MDB ölkələrinə münasibətdə özünü heç də həmişə tərəfdaş kimi aparmır”.

Zengezur.tv xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“İlk olaraq Gürcüstan bizim assosiasiyadan çıxdı, Ukrayna de-fakto bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Ermənistan isə özünü heç də həmişə tərəfdaş kimi aparmır”, – o qeyd edib.