• 16 Noyabr 2024

2026-cı ilin sonuna qədər Füzuli şəhəri və 10 kənddə 22 min əhali məskunlaşacaq

 2026-cı ilin sonuna qədər Füzuli şəhəri və 10 kənddə 22 min əhali məskunlaşacaq

Böyük Qayıdış I Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna qədər Füzuli rayonunda Füzuli şəhəri və 10 kəndin bərpa olunub təhvil verilməsi nəzərdə tutulub.

Zengezur.tv xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, sözügedən şəhər və 10 kənddə ümumilikdə 22 000 nəfərə qədər əhalinin məskunlaşması planlaşdırılır.