Ukrayna ordusunda döyüşə gedən qadınların sayı artıb
Ukrayna qoşunlarının sıralarında cəbhə xəttinə gələn qadınların sayı artmaqda davam edir.
Zengezur.tv xəbər verir ki, bu barədə “Ria Novosti”yə hərbi ekspert, istefada olan polkovnik-leytenant Andrey Maroçko bildirib.
““Qırmızı zonada” yerləşən Ukrayna hərbi birləşmələrində qadınların sayının artması faktı müəyyən edilib. Bəzi bölmələrdə qadınlar demək olar ki, 20% təşkil edir”,- deyə ekspert öz mənbələrinə istinadən bildirib.
O, qadınların həm sıravi, həm də komandanlıq səviyyəsində müxtəlif vəzifələrdə xidmət etdiyini söyləyib.