Fələstin-İsrail münaqişəsi regional münaqişəyə çevrilə bilər – Rusiya XİN
Fələstin-İsrail münaqişəsi regional münaqişəyə çevrilə bilər.
Zengezur.tv xəbər verir ki, bunu Şimali Koreyada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov paytaxt Pxenyanda təşkil edilən mətbuat konfransı zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, münaqişənin səbəblərini İranın üzərinə atmaq cəhdləri kifayət qədər təxribat xarakterli addımdır, Rusiya bunu belə qiymətləndirir:
“İnanıram ki, İran rəhbərliyi kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur. Bu münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır”, – Lavrov əlavə edib.