• 14 Noyabr 2024

HAMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb

 HAMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb

HAMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb.

Zengezur.tv “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Qəzzada HAMAS-a bağlı media orqanları məlumat yayıb.

 

Bildirilib ki, HAMAS-ın həmtəsisçisi Əbdül Əziz ər-Rantisinin həyat yoldaşı və təşkilatın siyasi bürosuna seçilən ilk qadın Cəmilə əl-Şanti İsrailin hava hücumunda öldürülüb.

Onun bu gün səhər saatlarında öldüyü qeyd olunub.
Əl-Şanti 2021-ci ildə HAMAS-ın ən yüksək qərar qəbuledici orqanı olan siyasi bürosuna seçilən ilk qadındır.
Onun həyat yoldaşı Rantisi 2004-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülüb.