Bəhreyndə İsrail səfirliyi yandırıldı
Bəhreynin paytaxtı Manamada nümayişçilər İsrail səfirliyinin binasını yandırıblar.
Zengezur.tv xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, hadisə zamanı binada səfirliyin heç bir əməkdaşı olmayıb.
Qeyd edək ki, İsrailin Qəzzadakı əməliyyatlarına etiraz əlaməti olaraq bir neçə gün öncə Misir və Mərakeşdə də nümayişlər keçirilib. İsrailin Xarici İşlər Nazirliyi bununla əlaqədar olaraq Yaxın Şərqdəki, o cümlədən Bəhreyndəki bütün diplomatik nümayəndələrini təxliyə etmək barədə qərar qəbul edib.