• 17 Noyabr 2024

Müsbət irəliləyiş arzuolunan sürətdə getmir – Məleykə Abbaszadə

 Müsbət irəliləyiş arzuolunan sürətdə getmir – Məleykə Abbaszadə

Ötən illərlə müqayisədə abituriyentlərin təhsil, bilik səviyyəsini müqayisə etsək, müsbət tendensiyalar müşahidə edilir.

Zengezur.tv xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müsbət irəliləyiş arzuolunan sürətdə yaxşıya doğru getmir: “İstərdik ki, proses daha da sürətlənsin. Lakin xüsusi qeyd etmək lazımdır ki, bizdə dövlət sifarişli yerlərin sayı artır. Bu da gənclərə ailənin maddi vəziyyətindən asılı olmayaraq ali təhsil almaq imkanı verir”.