İsrail ali məktəblərində dərslər dekabrın 3-dək təxirə salınıb
İsraildə ali təhsil müəssisələrində tədris 2023-cü il dekabrın 3-dək təxirə salınıb.
Zengezur.tv xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
Qeyd edək ki, bir müddət əvvəl universitetlərdə tədris ilinin noyabrın 5-də başlayacağına dair məlumat yayılmışdı.
Xatırladaq ki, İsraildə ali təhsil müəssisələrində yeni tədris ili oktyabrın 15-də başlamalı idi. HƏMAS-İsrail müharibəsi səbəbindən təhsil təxirə salınmışdı.