İsrail ordusu son sutkada HƏMAS-ın 400-dən çox obyektinə hücum edib, bir neçə komandirini zərərsizləşdirib
İsrail Müdafiə Ordusu son sutkada Qəzza zolağında HƏMAS-ın 400-dən çox obyektinə hücum edib.
Zengezur.tv xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, zərbələr nəticəsində HƏMAS-ın bir neçə komandiri məhv edilib.
Həmin komandirlərin adı və vəzifələri hələ ki açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.