Müdavimlərin kursant adlandırılması təsdiq edildi
Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər kursant adlandırılacaq.
Zengezur.tv məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Polis haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssislərində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.