Azərbaycan və Türkiyə hərçilərinin birgə təlimindən görüntülər
Oktyabrın 23-də Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimlərinin başladığı barədə məlumat vermişdik.
Zengezur.tv xəbər verir ki, təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Türkiyə-Azərbaycan birgə hərbi təlimindən yeni kadrları təqdim edirik:
Xatırladaq ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimində oktyabrın 24-də “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.