Balasanyan İrəvanda silahını TƏHVİL VERDİ
Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan barəsində yeni xəbər var.
Zengezur.tv Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vitali Balasanyan İrəvanda özünü mərkəzi polis idarəsinə təqdim edərək “Makarov” tapançasını təhvil verib.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, bu hadisə ilə bağlı 335-ci maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb:
“Silahların qanuni olması aydınlaşdırılır”.